IMG-LOGO

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sep 2026 04:07 2 baxış
IMG
0 0

 

Dünya şöhrətli müğənni Cennifer Lopez 18 milyon dollar dəyərindəki yeni malikanəsinin qapılarını ilk dəfə pərəstişkarlarının üzünə açıb.

Lent.az xəbər verir ki, 57 yaşlı sənətçi ABŞ-ın Kaliforniya ştatında, məşhurların yaşadığı Hidden Hills bölgəsində yerləşən evini ötən il satın alıb və bir il davam edən təmirdən sonra may ayında burada məskunlaşıb.

Lopez sosial şəbəkədə evinin interyerindən fotolar paylaşaraq öz zövqünə uyğun hazırladığı məkanı nümayiş etdirib. Fotolarda müğənninin pianonun qarşısında, yataq otağında və güllərlə bəzədilmiş geniş qonaq otağında çəkdirdiyi görüntülər yer alıb. O, paylaşımına “İlham lövhəsi reallığa çevriləndə” sözlərini yazıb.

Lopezin yeni evi onun Ben Afflekdən ayrıldıqdan sonra qurduğu yeni həyatının bir hissəsi kimi təqdim olunur. Müğənni 2024-cü ildə Afflekdən ayrılıb.

Cennifer Lopez

Mənbə: lent.az

Xəbər lenti