Yevlaxda faciəvi şəkildə ölən qadın şəhid arvadı imiş.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Yevlax şəhərində binanında 4-cü mərtəbəsindən yıxılaraq, dünyasını dəyişən 91 yaşlı Qərənfil Məmmədova 1-ci Qarabağ müharibəsi şəhidi Yunis Muxtar oğlu Məmmədovun arvadıdır.
Hazırda Qərənfil Məmmədovanın bədbəxt hadisə nəticəsində ölümü ilə əlaqədar araşdırma aparılır.
*** 09:23
Yevlaxda qadın binadan yıxılıb.
Lent.az-ın xəbərinə görə, hadisə şəhərin 32-ci məhəlləsində qeydə alınıb.
91 yaşlı Məmmədova Qərənfil Həsən qızı yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından yıxılaraq ölüb.
Araşdırma aparılır.
Hadisələr kriminal xəbərlər kriminal hadisələr binadan yıxılmaq
Mənbə: lent.az