IMG-LOGO

Paşinyan rus dili kursuna gedir

17 Sep 2026 13:03 2 baxış
IMG
0 0

Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqlayıb.

“Sputnik-Armenia” xəbər verir ki, Paşinyan bu barədə brifinqdə danışıb.

O bildirib ki, hazırda Ermənistanın Dövlət İdarəçilik Akademiyasında rus dili üzrə kursda iştirak edir.

“Hazırda Akademiyada rus dili kursuna gedirəm. Kimsə yapon, ispan, Çin və ya alman dillərini öyrənə bilər”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, dövlət idarəçiliyində çalışan şəxslər yalnız ingilis dili ilə məhdudlaşmamalı, xarici dilləri öyrənməlidirlər.

Paşinyan bu fikirləri dövlət idarəçiliyində çalışanların xarici dil biliklərinə dair tələblərin artırılması ilə bağlı müzakirələr fonunda səsləndirib.

Paşinyan

Mənbə: lent.az

Xəbər lenti