IMG-LOGO

Müdafiə və milli təhlükəsizlik xərclərimiz artacaq

16 Sep 2026 21:51 3 baxış
IMG
4 0

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816 milyon manat olacaq. Bu, 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud 1,1 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 717 milyon 581 min 860 manat olub.

müdafiə milli təhlükəsizlik

Mənbə: lent.az

Xəbər lenti