IMG-LOGO

Lənkəranda "Vito" TIR-a çırpıldı - Ölən və xəsarət alanlar var

16 Sep 2026 23:13 2 baxış
IMG
0 0

Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir. 

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 

Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  

qəza Lənkəran

Mənbə: lent.az

Xəbər lenti