Türkiyəli müğənni Demet Akalın konserti zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, konsert zamanı müğənninin pərəstişkarı olduğu bildirilən bir şəxs ona qarşı seksual xarakterli fiziki hərəkətlər edib.
Hadisədən sonra əsəbiləşən 54 yaşlı sənətçi mühafizəçilərinə müraciət edərək həmin şəxsin ərazidən uzaqlaşdırılmasını tələb edib.“Götürün bunu. Polisə demişəm”, – deyə Demet Akalın mühafizəçilərinə səslənib.
Müğənni daha sonra baş verənləri izah edərkən həmin şəxsin ona toxunduğunu bildirib: “Hər yerimə toxundu”, – deyə Akalın əsəbi şəkildə deyib.
Hadisənin görüntüləri qısa müddətdə sosial mediada da yayılıb.
Maqazin Demet Akalın
Mənbə: lent.az