IMG-LOGO

Müəllimlər ikinci dəfə sertifikasiyaya cəlb olunacaq - Tələblər artırılır

14 Sep 2026 15:58 2 baxış
IMG
0 0

Yaxın vaxtlarda ikinci dəfə sertifikasiyaya cəlb ediləcək müəllimlərin qiymətləndirmə çərçivəsi hazırlanacaq.

Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ibtidai təhsil üzrə "Oxu" fənninə üstünlük veriləcək.

Nazir qeyd edib ki, zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq:

“Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”.

O əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.

sertifikasiya müəllimlər

Mənbə: lent.az

Xəbər lenti