Alimlər kompüter çiplərində məlumat ötürülməsi üçün istifadə oluna biləcək son dərəcə kiçik lazer texnologiyası hazırlayıblar.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Texnologiya gələcəkdə çiplərin daxilində məlumatın elektrik siqnalları əvəzinə işıqla ötürülməsinə şərait yarada bilər.
Tədqiqatçılar bunun bəzi sistemlərdə həm məlumat ötürmə sürətini artırmaq, həm də enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaq potensialına malik olduğunu bildirirlər.
nanolazerMənbə: lent.az