"Fənərbaxça"nın Çempionlar Liqasında "Roma" ilə 1:1 hesablı heç-heçəsindən sonra baş məşqçi İsmayıl Kartal istefa vermək qərarına gəlib. Lakin prezident Aziz Yıldırım əvvəlcə oyundan sonra istefanı qəbul etməkdən imtina edib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, təcrübəli məşqçi bu gün idman direktoru Oğuz Çetinlə görüşdükdən sonra belə geri çəkilməyib.
Addialara görə, İsmayıl Kartalın istefasının əsas səbəbi Əziz Yıldırımın "Roma" ilə oyun zamanı fasilədə soyunma otağına getməsi və müəyyən oyunçuların derbidən sonra meydana çıxmasını təklif etməsi olub.
İdman xəbərləri
Mənbə: lent.az