IMG-LOGO

Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır

11 Sep 2026 21:16 4 baxış
IMG
2 1  

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu

 

gəncə qəza piyada

Mənbə: lent.az

Xəbər lenti