IMG-LOGO

Anasının imtina etdiyi qolsuz uşaq körpələr evinə yerləşdirildi -YENİLƏNİB

10 Sep 2026 14:25 2 baxış
IMG
0 0

Anası tərəfindən atılan uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. 

Bu barədə Sosial Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

"Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq 1 nömrəli körpələr evinə yerləşdirilib. Körpənin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılacaq". 

***

14:07

Hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.

Bu barədə Sabunçu Tibb Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

"İyunun 27-də saat 00:40-da 41 yaşlı hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, iyunun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.

Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub. Azyaşlı sentyabrın 10-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib".

Sabunçu uşaq qolları olmayan uşaq

Mənbə: lent.az

Xəbər lenti