IMG-LOGO

"Dünya gözəli" müsabiqəsinə qalibi yox, nazir qızını göndərdilər - 20-liyə də DÜŞMƏDİ

10 Sep 2026 10:07 2 baxış
IMG
1 0

Malavidə “Dünya gözəli” müsabiqəsinə ölkənin gözəllik yarışmasının qalibi əvəzinə nazirin qızı göndərilib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin dekabrında keçirilən “Malavi gözəli” müsabiqəsində 26 yaşlı Tandi Çizi qalib gəlib, lakin beynəlxalq yarışmaya onun əvəzinə nazir Meri Naviçanın qızı, ikinci yeri tutan İrin Naviça göndərilib.

Təşkilatçılar Çizinin yaşının müsabiqədə iştiraka uyğun olmadığını bildiriblər. Çizinin tərəfdarları isə qaydalara görə, yarışmaya 17-27 yaşlı qızların qatıla biləcəyini deyiblər. 

İrin Naviça anasının vəzifəsinə görə seçildiyi barədə ittihamlara belə cavab verib: “İnsanı kraliça edən tac deyil, xarakteridir”.

Tandi Çizi isə təşkilatçıların müqaviləni sonradan dəyişdirdiyini iddia edib. Onun sözlərinə görə, müqavilədə qalibin “Dünya gözəli” müsabiqəsində iştirak edəcəyi yazılıb. Lakin sonradan həmin bənd sənəddən çıxarılıb.

Naviça beynəlxalq yarışmada ilk iyirmiliyə belə düşə bilməyib. Müsabiqənin qalibi Dominikan Respublikasından olan 24 yaşlı Coheri Mola olub.

Gözəllik yarışması gözəllik müsabiqəsi nazirin qızı

Mənbə: lent.az

Xəbər lenti