Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı Bakı sakini olan qadın sürücü xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə səhər saat 06:30-da Qax-Zaqatala avtomobil yolunun Qax rayonunun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 41 yaşlı İradə Nurəddin qızı İsmayılova idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan İ. İsmayılova Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov
qax qəzaMənbə: lent.az