IMG-LOGO

ABŞ-da “Huawei”ə qarşı AĞIR İTTİHAMLAR

10 Sep 2026 10:36 3 baxış
IMG
3 0

Nyu-York Federal Məhkəməsində Çinin “Huawei” şirkətinə qarşı ən böyük məhkəmə proseslərindən biri başlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ prokurorluğunun iddiasına görə, telekommunikasiya nəhəngi 20 il ərzində qlobal texnoloji liderliyə nail olmaq üçün “cinayətkar müəssisə” kimi fəaliyyət göstərib.

ABŞ hakimiyyəti “Huawei”i beş Amerika şirkətinin kommersiya sirlərini oğurlamaq məqsədilə əlbir olmaqda ittiham edir. Söhbət, o cümlədən “Cisco”nun mənbə kodundan və “T-Mobile”ın texnologiyasından gedir.

Bundan başqa, prokurorluq iddia edir ki, “Huawei” İrana qarşı tətbiq olunan ABŞ sanksiyalarından yan keçib və qadağan olunmuş əməliyyatları həyata keçirmək üçün ABŞ maliyyə sistemindən istifadə edib.

“Huawei” bütün ittihamları rədd edir. Şirkətin vəkilləri bildiriblər ki, Çin korporasiyasının uğuru rəqabət və öz texnoloji inkişafları hesabına əldə olunub. Müdafiə tərəfinin fikrincə, prokurorluq ayrı-ayrı əməkdaşların hərəkətlərini vahid cinayət sxemi kimi təqdim etməyə çalışır.

Səs-küylü məhkəmə prosesinin təxminən üç ay davam edəcəyi gözlənilir.

dünyadan xəbərlər texno xəbərlər texnologiya

Mənbə: lent.az

Xəbər lenti