Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qalıb.
Lent.az xəbər verir ki, Qara dənizdə qeydə alınıb.
"Mert Marine Corporation" şirkətinə məxsus Somali bayrağın altında üzən "TEDY" gəmisi əvvəlcə dünən səhər saatlarında Odessa limanı yaxınlığında dron hücumuna məruz qalıb. Gəmi bu gün gecə saatlarında Konstansa limanina doğru gedərkən yenidən 2 dron tərəfindən vurulub.
Gəminin göyərtəsində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya və 1 Ukrayna vətəndaşı olub. Hadisə nəticəsində 2 azərbaycanlı dənizçi Aslan Əliyev və Asim Qasımovun həlak olduğu bildirilir.
Yanıq xəsarətləri alan digər 2 azərbaycanlı isə hazırda Odessa şəhərində xəstəxanada müalicə alırlar.
Sizin brauzer video tagını dəstəkləmir. Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr dron hücumu gəmiyə hücum azərbaycanlı dənizçilər Qara dəniz PUA hücumu video videolentMənbə: lent.az