IMG-LOGO

Apple əvvəlki iPhone modellərinin qiymətini artırdı

10 Sep 2026 15:03 2 baxış
IMG
2 0

“Apple” yeni “iPhone 18 Pro” və ilk qatlanan “iPhone Duo” modelini təqdim etdikdən sonra onlayn mağazasında əvvəlki nəsil dörd iPhone modelinin qiymətini artırıb. Modellərin hər biri 100 dollar bahalaşıb.

Yeni qiymətlərə əsasən, “iPhone 16” 699 dollar əvəzinə 799 dollardan, “iPhone 17e” 599 dollar əvəzinə 699 dollardan, “iPhone 17” 799 dollar əvəzinə 899 dollardan, “iPhone Air” isə 999 dollar əvəzinə 1099 dollardan satışa çıxarılıb.

Lent.az bu xarici mediaya isttinadla xəbər verir ki, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin təqdimatı ilə eyni vaxtda “Apple” “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin istehsalını və satışını dayandırıb.

Beləliklə, əvvəlki nəslin daha bahalı “Pro” modellərini yeni flaqmanlar əvəz edib. “iPhone 16”, “iPhone 17”, “iPhone 17e” və “iPhone Air” isə satışda saxlanılıb, lakin daha yüksək qiymətlərlə.

Apple qiymətləri niyə artırıb?

iPhone modellərinin bahalaşa biləcəyi təqdimatdan əvvəl də müzakirə edilirdi. Bunun əsas səbəblərindən biri yaddaş çipləri və məlumat saxlama qurğularının qiymətinin kəskin artmasıdır. Süni intellekt infrastrukturlarının sürətlə genişləndirilməsi bu komponentlərə tələbatı xeyli yüksəldib.

“Apple”ın baş direktoru Tim Kuk hələ iyun ayında şirkətin bu komponentlərin bahalaşmasını əvvəlki kimi tam şəkildə kompensasiya edə bilmədiyini bildirmişdi. Onun sözlərinə görə, yaddaş çipləri bazarında yaranan çatışmazlıq miqyasına görə görünməmiş səviyyəyə çatıb.

Süni intellekt və “neocloud” infrastrukturu inkişaf etdirən şirkətlərin artan tələbatı yarımkeçirici bazarında tədarük məhdudiyyətləri yaradıb. Yeni məlumat mərkəzlərinin tikintisinə yüz milyardlarla dollar sərmayə yatırılması isə bu tələbatın nə qədər davamlı olacağı ilə bağlı müzakirələrə səbəb olub.

Mövcud iPhone modellərinin bahalaşması isə bazardakı bu dəyişikliklərin alıcılar üçün ilk nəzərəçarpan nəticələrindən biri hesab olunur.

iphone telefon Apple iphone 18 iphone 17 pro max

Mənbə: lent.az

Xəbər lenti