Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur.
Embrion 2004-cü ilin martında dondurulub. Həmin vaxt Kristina Rapti-Dzelepi sonsuzluq müalicəsi alıb və oğlan övladı dünyaya gətirib. Lakin 2025-ci ildə oğlu yol-nəqliyyat hadisəsinə düşüb və onun həyatını xilas etmək mümkün olmayıb. Övladını itirdikdən sonra qadın dondurulmuş vəziyyətdə qalan embrionlardan birindən istifadə etmək qərarına gəlib.
Embrionun köçürülməsi proseduru 2025-ci ilin dekabr ayının sonunda həyata keçirilib. Hamiləlik doğuşla nəticələnib və qız uşağı 3 kiloqram 490 qram çəki ilə dünyaya gəlib.
Mütəxəssislərin hesablamalarına görə, embrionun dondurulmasından uşağın doğulmasına qədər 22 il 5 ay 23 gün keçib.
Bundan əvvəl oxşar hallar Yaponiyada – embrionun 18 il 3 ay, İsraildə isə 17 il saxlanılmasından sonra qeydə alınıb.
dünyadan xəbərlər embrion uşaq dünyaya gətirmək maraq maraqlı xəbərlərMənbə: lent.az