IMG-LOGO

Yerfim Abramov kimdir? - inanılmaz ssenarist

08 Sep 2026 15:28 2 baxış
IMG
0 0

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Yefim Abramov vəfat edib.

Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatı təqdim edir.

-Yerfim Abramov kimdir?

Yerfim Abramov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenaristdir.

-O, harada və nə zaman dünyaya gəlib?

Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub.

-Y.Abramov əslən haralı idi?

Onun həm atası, həm də anası Qubanın Qırmızı Qəsəbəsində – o vaxtkı Yəhudi Qəsəbəsində doğulub.

-O, hansı müəssisələrdə təhsil alıb?

1974–1980-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb, İqor Talankinin kursunu bitirib. Həmçinin, Georgi Daneliyanın da kursunda təhsil alıb.  O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirən ilk dağ yəhudilərindən biri olub.

-Rejisorluq təhsili almadan öncə hansı peşə fəaliyyəti ilə məşğul olub?

1964–1974-cü illərdə fəhlə işləyib, daha sonra rejissorluq təhsili alıb.

-Nə zamandan əmək fəaliyyətinə başlayıb?

1980–1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi çalışıb.

-O, hansı filmləri çəkib? “Qorxma, mən səninləyəm” (1981), “Əzablı yollar” (1982), “Qocalar, qocalar” (1982, Elxan Qasımovla birgə), “Araqarışdıran” (1987), “Lətifə” (1989, (Nizami Musayevlə birgə) filmlərini çəkib.

-Y.Abramov hansı xarici filmin ssnerai müəllifi olub?

Rejissor xarici film istehsalçılarının “Verona səması altında” (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

-Hansı xarici filmdə çəkilib?

1994-cü ildə “Coffee with Lemon” filmində inzibatçı obrazında çəkilib. Film İsrail–Rusiya istehsalı olub.

-Neçənci ildən İsrailə köçüb?

Abramov 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. İsrailə köçdükdən sonra həm İsraildə kino layihələrində iştirak edib, həm də Azərbaycana gəlib burada film və teatr layihələri həyata keçirib.

-O,  Milli Qəhrəmanı Albert Aqarunov haqqında hansı filmi çəkib?

“Salnamə” studiyasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında “Dosta məktub” adlı 10 dəqiqəlik sənədli film çəkib. Filmin ssenarisi də Abramova məxsus olub, kadrarxası mətni Rasim Balayev səsləndirib.

-O, hansı pyesin müəllifidir?

Şairə Leyla Bəyimlə birlikdə “Xəyaləpərəst oğlanlar” pyesini yazıb. Əsər Qarabağ müharibəsində şəhid olmuş gənclərə həsr edilib. Pyes Azərbaycan dilinə tərcümə olunub və Vaqif Əsədov tərəfindən Bakı Gənc Tamaşaçılar Teatrının səhnəsində “Yarımçıq qalmış” adı ilə tamaşaya qoyulub.

-Xocalı faciəsinə hansı əsər həsr edib?

Leyla Bəyimlə Xocalı faciəsinin 25-ci ildönümünə “Qara novruzgülləri” povestini həsr edib. Əsər ingilis, çex, macar, rus və Azərbaycan dillərində təqdim olunub, Londonda keçirilən TEAS-2017 beynəlxalq ədəbi müsabiqəsinin qalibi olub və onun əsasında Vaqif Əsədov tamaşa hazırlayıb.

-Ailə həyatı necə keçib?

Həyat yoldaşı ilə 40 ildən artıq evli olub. Onların iki övladı – bir qızı və bir oğlu var. Övladları onlara altı nəvə – beş oğlan və bir qız nəvəsi bəxş edib. O, həyat yoldaşı ilə nikahlarının qeydə alındığı gün çəkilmiş fotoşəkli 40 ildən artıq qoruyub saxladıqlarını deyib.

-Yerfim Abramov nə zaman dünyasını dəyişib?

Yerfim Abramov 8 sentyabr 2026-cı ildə vəfat edib.

 

Yerfim Abramov biorqafiya

Mənbə: lent.az

Xəbər lenti