İranın İsrailə atdığı raket zərbələri nəticəsində iki azərbaycanlı həlak olub.
Lent.az xəbər verir ki, bu barədə "The Times of İsrael" məlumat yayıb.
Məlumata görə, həlak olanlar Amid Murtuzov və Rüstəm Qulamovdur. Onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində ölüblər.
Hər iki həmyerlimizin tikinti sahəsində çalışdığı və iş zamanı öldükləri bildirilir.
İsrail-İran müharibəsi

