IMG-LOGO

Bakıda salınmış asfalt görənləri təəccübləndirdi-VİDEO

07 Sep 2026 23:30 2 baxış
IMG
0 0

Bakıda salınmış asfalt görənləri təəccübləndirdi.  Lent.az xəbər verir ki, sakinlərdən biri yeni salınmış nazik asfalt qatını paylaşaraq işin keyfiyyətsiz olduğunu vurğulayıb. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Lent.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülərdə hamarlayıcı asfalt layı yekun örtük kimi təqdim olunur:

“Bu, nahamarlıqları aradan qaldırmaq və layihə səviyyəsini təmin etmək üçün döşənən aralıq texnoloji laydır.  Növbəti mərhələdə onun üzərinə yolun nəqliyyat yükünü qəbul edən aşınma qatı döşənir.

Yol təmirini bir görüntü ilə deyil, bütün mərhələləri ilə qiymətləndirək”.

Bakı asfalt AAYDA

Mənbə: lent.az

Xəbər lenti