IMG-LOGO

İlham Mirzəyevin vəziyyəti pisləşdi - HƏKİMLƏR NƏ DEYİR? - YENİLƏNİB

07 Sep 2026 15:16 2 baxış
IMG
37 1

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır:

“Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”.

***

22:45

Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

“Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyətim yaxşı deyil. Göydə Allah, yerdə sizin dualarınız”, - aparıcı qeyd edib.

İlham Mirzəyev

Mənbə: lent.az

Xəbər lenti