Türkiyənin məşhur müğənnisi və televiziya aparıcısı Seda Sayan reklam müqavilələrindən qazanacağı məbləğlə gündəmə gəlib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, məşhur müğənni dörd fərqli marka ilə reklam müqaviləsi imzalayıb.
Məlumata görə, hər bir reklam müqaviləsinin dəyəri 50 milyon lirədir. Beləliklə, Seda Sayanın bu əməkdaşlıqlardan ümumilikdə 200 milyon lirə (7 milyon 23 min manat) qazanacağı bildirilir.
Sənətçi son dövrdə "YouTube"da yayımlanan “Bacıların Bacısı” proqramı ilə də sosial mediada geniş müzakirə olunur.
Proqramın maraq doğurmasından sonra onun rəqəmsal platformalardakı fəaliyyətini artırmaq qərarına gəldiyi qeyd olunur.
Bildirilib ki, Seda Sayan hazırda ona təklif olunan televiziya layihələrini qəbul etmir. Uzun illər televiziya proqramları ilə tamaşaçı qarşısına çıxan müğənninin bu dəfə əsas diqqətini rəqəmsal layihələrə yönəltməsi diqqət çəkib.
Sayanın YouTube üçün yeni proqram hazırladığı da məlum olub. Yeni layihənin detalları barədə yaxın günlərdə əlavə məlumat verilməsi gözlənilir.
Qeyd edək ki, Seda Sayan 2022-ci ildə Çağlar Öktenlə ailə həyatı qurub.
Seda Sayan sənətçi müğənni reklam gəlir qazanc






Mənbə: lent.az