Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycaın İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Fəxri Kazımov Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlının oğludur.
***
Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Osman Xaliyev Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri idi.
Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondu
Mənbə: lent.az