IMG-LOGO

Naringinin bilmədiyimiz hansı zərərləri var?

04.12.2023 15:01 61 baxış
IMG

Endokrinoloq Zuxra Pavlova naringilərin zərərlərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, naringinin tərkibində həddindən artıq şəkər var.

Onun sözlərinə görə, naringi mədə şirəsinin turşuluğunu artırır, yəni bədənə zərər verə bilər:

“Naringi suyu isə diş minasına aqressiv təsir göstərir, onu tədricən məhv edir. Sitrus meyvələri yedikdən sonra dərhal dişlərinizi fırçalamamalısınız, ağzınızı su ilə yaxalamaq daha yaxşıdır. Həmçinin, sitrus meyvələri güclü allergendir. Bəzən meyvələr acqarına yeyildikdə şişkinlik yaradır və iştahı artırır. Bu meyvələr aşağı kalorili məhsul hesab edilsə də, onların tərkibində kifayət qədər yüksək şəkər var”.

Xəbər lenti