MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasının iştirakçıları yaxın perspektiv üçün əməkdaşlıq prioritetlərini müəyyən etmək və sədrliyi Birliyin növbəti iştirakçı dövlətinə təhvil vermək niyyətindədirlər.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Belarusun antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksandr Yakovçits bildirib.
"İclas zamanı ölkələrimizdə antiinhisar siyasətinin ən mühüm istiqamətlərinin müzakirə edilməsi və təcrübə mübadiləsinin aparılması planlaşdırılır", - o deyib.
Nazirin sözlərinə görə, görüşün əsas vəzifələrindən biri sədrlik funksiyalarının növbəti MDB ölkəsinə verilməsi olacaq: "Əminəm ki, birgə işlər, o cümlədən ötən gün keçirilmiş birgə istintaqlar üzrə qərargahın iclasının nəticələri yaxın gələcək üçün əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək".
Mənbə: report.az