IMG-LOGO

MDB çərçivəsində marketpleyslər sahəsində qarşılıqlı fəaliyyətin model prinsipləri hazırlanıb

29 Oct 2026 09:31 3 baxış
IMG

Bazarların rəqəmsal transformasiyası MDB ölkələrinin antiinhisar orqanlarından nəzarət alətlərinin daim təkmilləşdirilməsini tələb edir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə MDB baş katibinin müavini Denis Trefilov MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.

"MDB məkanında, o cümlədən marketpleyslər sahəsinə də qarşılıqlı fəaliyyətin model prinsipləri və təcrübələri hazırlanıb", - o deyib.

Onun sözlərinə görə, bu alət Birlik dövlətlərinə yeni biznes modellərinin tənzimlənməsinə dair yanaşmaları yaxınlaşdırmağa imkan verir: "Bu, potensial rəqabət risklərini hələ müvafiq oyun qaydalarının formalaşdırılması mərhələsində nəzərə almağa imkan verir. Bazarların rəqəmsal transformasiyası MDB ölkələrinin antiinhisar orqanlarından nəzarət alətlərinin daim təkmilləşdirilməsini, eləcə də vətəndaşların və biznesin maraqlarının müdafiəsi üçün qurumlararası qarşılıqlı fəaliyyəti tələb edir".

Mənbə: report.az

Xəbər lenti