IMG-LOGO

Elnur Bağırov: "Azərbaycan yaxın 3 il üçün rəqabət siyasətinin prioritetlərini müəyyən edib"

29 Oct 2026 09:39 3 baxış
IMG

Azərbaycan 2027-2029-cu illərdə rəqabət siyasətini rəqabət neytrallığının gücləndirilməsinə, bazara daxilolma maneələrinin qiymətləndirilməsinə, bazarların diaqnostikasına və məlumatlara əsaslanan tənzimləmənin inkişaf etdirilməsinə yönəldəcək.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətlər 2027-2029-cu illər üçün rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınması üzrə Milli Fəaliyyət Planında təsbit edilib.

Xəbər yenilənir

Mənbə: report.az

Xəbər lenti