IMG-LOGO

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub

19 May 2026 04:23 6 baxış
IMG

Türkiyənin cənubundakı Mərsin şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, ekskursiyaya çıxan 40 nəfərlik qrupdakı şagirdlərin bəzilərində ürəkbulanma və qusma müşahidə edilib.

Məktəbliləri ekskursiyaya aparan müəllimlər simptomlar göründükdən sonra şagirdləri xəstəxanaya çatdırıblar. Onlardan 20 nəfərə zəhərlənmə diaqnozu qoyulub.

Tibbi yardım göstərilən şagirdlərin vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Faktla bağlı araşdırma başladılıb.

Xəbər lenti