IMG-LOGO

İqor Sergeyenko: Ağdamda Azərbaycan-Belarus aqroşəhərciyi əhalinin rifahına töhfə verəcək

18 May 2026 16:39 4 baxış
IMG

Ağdam rayonunda aqroşəhərciyin yaradılması üzrə Azərbaycan və Belarusun birgə layihəsinin reallaşdırılması bir çox azərbaycanlının həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

"Report" xəbər verir ki, bu barədə Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.

"Biz öz beynəlxalq öhdəliklərimizə davamlı sadiqliyimizi təsdiq edirik və tərəfdaşlarla infrastruktur quruculuğu və şəhər mühitinin inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əsasında sülhpərvər xarici siyasət yürüdürük", - o bildirib.

Sergeyenkonun sözlərinə görə, belə tərəfdaşlığın əyani nümunəsi Belarus və Azərbaycanın Ağdam rayonunda aqroşəhərciyin yaradılması üzrə birgə layihəsidir.

"Bu ideya ölkələrimizin rəhbərlərinə məxsusdur və əminəm ki, bu layihənin həyata keçirilməsi bir çox azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək", - Sergeyenko deyib.

Xəbər lenti