IMG-LOGO

Oljas Bektenov: WUF13-ün tarixi mirasla müasir memarlığın vəhdəti olan Bakıda keçirilməsi təsadüfi deyil

18 May 2026 15:52 4 baxış
IMG

BMT-nin Ümumdünya Şəhərsalma Forumun 13-cü Sessiyasının (WUF13) tarixi mirasla müasir memarlığın, çağdaş dinamikanın vəhdəti olan Bakı şəhərində keçirilməsi təsadüfi deyil.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qazaxıstan əhalisinin 63 %-dən çoxu şəhərlərdə yaşayır:

"Bu mənada, bu mövzular bizim də dövlət siyasətinin əsaslarından birini təşkil edir. Qazaxıstan yeni Tikinti Məcəlləsi qəbul edilib. Biz burada memarlıq, şəhər tikintisi keyfiyyəti meyarlarını müəyyən etmişik".

O.Bektenov həmçinin çıxışında Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşkilatçılığa görə də təşəkkür edib.

Eyni zamanda Baş nazir qeyd edib ki, Qazaxıstan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq edir və dözümlü şəhər təşəbbüsləri edən qurumlarla əməkdaşlıq içərisindədir:

"Qazaxıstan qlobal çağırışlar fonunda açıq dialoq və tərəfdaşlığa həmişə sadiqdir. Biz bunun sayəsində müasir, davamlı və dayanıqlı şəhərlərin qurulmasına inanırıq".

Xəbər lenti