Ermənistanın İstintaq Komitəsi sosial şəbəkələrdə əllərində avtomat olan maskalı şəxslərin ölkə bayrağı fonunda Baş nazir Nikol Paşinyanı hədələdiyi videonun yayılmasından sonra cinayət işi başladıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, naməlum şəxslər kompüter şəbəkəsində olan və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlara icazəsiz giriş əldə ediblər. Bundan sonra xuliqanlıq niyyəti ilə Paşinyanın ünvanına ölüm təhdidinin yer aldığı videoyazını yayıblar.
Ermənistan Cinayət Məcəlləsinin qətlə hazırlıq, kompüter təxribatı və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət icraatı başlanılıb.