IMG-LOGO

Nqa Kor Minq: Dünyada 2,8 milyard insan qlobal mənzil böhranı ilə üzləşib

18 May 2026 13:38 3 baxış
IMG

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) hesablamalarına görə, dünyada 2,8 milyard insan qlobal mənzil böhranı ilə üzləşib, onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşıblar.

"Report" xəbər verir ki, bunu UN-Habitat Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

O, tədbir iştirakçılarına çağırış edərək bu istiqamətdə səyləri artırmağa çağırıb:

"Bizim bu məsələdə ümumi məqsədimiz bir olmalıdır. Çünki bu mübarizədə tək deyilik, gəlin, öz səylərimizi iki dəfə artıraq, yeni şəhərsalma gündəliyi istiqamətində ardıcıl və dayanıqlı işlər görək".

Nqa Kor Minq Malayziyanın da bu sahədə təcrübəyə malik olduğunu da bildirib:

"Malayziyanın getdiyi yol yeni şəhərsalma gündəliyinə uyğun gəlir. Biz 1,1 milyon (77 %) əlçatan evlərin yaradılmasına nail olmuşuq. Eləcə də 115 milyon ağac əkərək yaşıllıq hədəflərimizə çatmışıq".

Xəbər lenti