IMG-LOGO

Hindistan WUF13-də dayanıqlı şəhər inkişafı strategiyasını təqdim etmək niyyətindədir

18 May 2026 13:44 3 baxış
IMG

Hindistan dayanıqlı şəhər inkişafı, infrastruktur və mənzil tikintisi sahəsində öz təcrübəsini təşviq etmək, həmçinin beynəlxalq əməkdaşlığı genişləndirmək üçün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) platformasından istifadə etmək niyyətindədir.

Bu barədə Hindistanın "Housing & Urban Development Corporation Ltd." şirkətinin idarəedici direktoru Sancay Kulşrestxa Bakıda WUF13 çərçivəsində "Report"a bildirib.

Onun sözlərinə görə, Hindistan foruma ölkənin şəhər infrastrukturunun və dayanıqlı şəhərlərin inkişafına dair yanaşmalarını nümayiş etdirmək üçün bir imkan kimi baxır.

"Hindistanda təxminən 1,4 milyard insan yaşayır. Bu, dünyanın ən çox əhaliyə malik ölkələrindən biridir. Hindistan böyük müxtəlifliyə malik ölkə olduğu üçün, bizim necə inkişaf etdiyimizə və 2047-ci ilə qədər inkişaf etmiş dövlət statusuna doğru necə irəlilədiyimizə dair çoxlu nümunələrimiz və dərslərimiz var", - deyə o qeyd edib.

Xəbər lenti