IMG-LOGO

Boçorişvili: Bakıda keçirilən WUF13 Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır

18 May 2026 11:36 2 baxış
IMG

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Baş nazir İrakli Kobaxidzenin WUF13-də iştirak etmək üçün Azərbaycana səfərini şərh edərkən deyib.

O qeyd edib ki, forum müxtəlif dünya liderləri və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilir və bu, Gürcüstan üçün vacib məsələlərin diqqətə çatdırılması baxımından önəmli platformadır.

Nazirin sözlərinə görə, Gürcüstan nümayəndə heyətinin forumda iştirakı ölkənin mövqeyinin səsləndirilməsi ilə yanaşı, tərəfdaş dövlətlərlə ikitərəfli görüşlərin keçirilməsinə də imkan yaradacaq.

"Baş nazirin iştirakı bizə forum çərçivəsində həm Gürcüstanın mövqelərini ifadə etmək, həm də ikitərəfli görüşlər keçirmək imkanı verəcək", - deyə M.Boçorişvili bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstan üçün mühüm tərəfdaşdır və iki ölkə arasında prioritet istiqamətlər üzrə daimi dialoq xüsusi əhəmiyyət daşıyır.

Xəbər lenti