BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-nin Baş Katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı ofisinin saytı məlumat yayıb.
"Fikir mübadiləsi zamanı əsas diqqət Azərbaycanın qlobal iqlim gündəliyində davamlı liderliyinə və çoxtərəfli əməkdaşlıq vasitəsilə dayanıqlı şəhər və su həllərinin təşviq edilməsinin vacibliyinə yönəldilib", - deyə bəyanatda bildirilir.