IMG-LOGO

Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı keçiriləcək

17 May 2026 19:26 3 baxış
IMG

Mayın 18-də Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin XİN rəhbərləri Hakan Fidan və Yohann Vadefulun həmsədrliyi ilə aparılacaq müzakirələr Berlində baş tutacaq. "Bu çərçivədə Hakan Fidan Almaniyaya rəsmi səfər həyata keçirəcək", - məlumatda qeyd olunub.

Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı çərçivəsində, "İkitərəfli Münasibətlər", "Türkiyə-Avropa İttifaqı (Aİ) Münasibətləri", "Təhlükəsizlik və Müdafiə" və "Regional Məsələlər" mövzulu İşçi Qruplarının bir araya gəlməsi nəzərdə tutulur:

"H. Fidanla Y. Vadeful arasında keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Aİ münasibətləri ilə beynəlxalq və regional mövzularda fikir mübadiləsi aparılacaq və əməkdaşlıq imkanları qiymətləndiriləcək".

Xəbər lenti