IMG-LOGO

Anar Quliyev: Azərbaycan Meksikaya WUF14-ün keçirilməsində dəstək göstərməyə hazırdır

17 May 2026 18:06 3 baxış
IMG

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasının (WUF14) uğurla keçirilməsinə hazırlıqda Meksikaya dəstək göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13-ün birinci gününün yekunlarına dair bəyanatla çıxış edərkən bildirib.

"Meksikanı Ümumdünya Şəhərsalma Forumunun növbəti ev sahibi ölkəsi olması münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın təcrübəsini, çıxarılan dərsləri və WUF13-ün əməliyyat təcrübələrini bölüşməkdən, eləcə də növbəti foruma uğurlu keçidi dəstəkləməkdən məmnun olarıq. Ev sahibi ölkələr arasında varisliyin möhkəmləndirilməsi forumun daha güclü və səmərəli irsinin formalaşdırılmasının mühüm hissəsidir", - A. Quliyev deyib.

Xəbər lenti