IMG-LOGO

UN-Habitat: Növbəti onillik Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə həsr olunmalıdır

17 May 2026 18:07 4 baxış
IMG

Yeni Şəhər Gündəliyi qəbul edilməsindən on il sonra müasir urbanistik inkişafın ən kəskin çağırışlarının həlli üçün hələ də əsas təməl olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın Qlobal həllər şöbəsinin direktoru Raf Tuets Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk gününün yekunlarına dair təşkilatın icraçı direktoru Anaklaudia Rossbaxın adından yekun bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, forum çərçivəsindəki müzakirələr, Yeni Şəhər Gündəliyinin qəbul edilməsindən artıq on il keçməsinə baxmayaraq, onun aktuallığını bir daha təsdiq edib.

"O, qəbul edilməsindən on il sonra zəmanəmizin ən kəskin problemlərindən bəzilərinin – bərabərsizlik, əlçatan mənzil qıtlığı, qeyri-rəsmi tikinti, iqlim riskləri, infrastruktur boşluqları, əhalinin məcburi yerdəyişməsi və daha inklüziv, məhsuldar və dayanıqlı şəhər inkişafı zərurətinin həlli üçün hələ də ümumi təməl kimi xidmət edir", - Tuets vurğulayıb.

O qeyd edib ki, forumun ilk günündə aparılan diskussiyalar da qarşıya qoyulan vəzifələrin müzakirəsindən praktiki icrasına keçidin vacibliyini göstərib.

"Eyni zamanda, bugünkü müzakirələr aydın şəkildə göstərdi: növbəti onillik icraya yönəlməlidir", - UN-Habitat nümayəndəsi bildirib.

Xəbər lenti