IMG-LOGO

Suhail Al Mazrouei: WUF13 çərçivəsində qobal şəhərsalma gündəliyi ilə bağlı məsələlərin müzakirəsi üçün imkanlar var

17 May 2026 18:28 4 baxış
IMG

Bakıda WUF13 çərçivəsində qlobal şəhərsalma gündəliyi ilə bağlı vacib məsələlərin müzakirəsi üçün yaxşı imkanlar var.

"Report"un məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi münasibətilə Prezidentə təbriklərini çatdırıb.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin genişləndiyi məmnunluqla qeyd edildi, əməkdaşlığın müxtəlif istiqamətlərdə, həmçinin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələr üzrə inkişafı vurğulandı.

Xəbər lenti