IMG-LOGO

Slovakiyanın Baş nazirinin müavini: "Bakı köhnə memarlıq üslubu ilə müasirliyin unikal vəhdətini qoruyub saxlayır"

17 May 2026 17:41 3 baxış
IMG

Slovakiya Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən şəhərsalma sahəsində əməkdaşlıqda maraqlıdır.

Bunu "Report"a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana gələn Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba bildirib.

"Mənim Azərbaycana səfərim Baş nazirin tapşırığı ilə həyata keçirilir. Dəvət (WUF13-də iştirak etmək üçün - red.) ona ünvanlanmışdı, lakin təəssüf ki, onun başqa qrafiki var, əks halda o, mütləq burada olardı. Bizim üçün Azərbaycan çox yüksək səviyyədə əməkdaşlıq etmək istədiyimiz ölkədir", - T.Taraba bildirib.

O, Bakının şəhər mühitini çox cəlbedici adlandırıb: "Bakıda təkcə müasir binaları deyil, həm də köhnə memarlıq üslubunun qorunub saxlanılması və yenidən qiymətləndirilməsi ilə unikal vəhdəti dəstəkləməyiniz çox xoşuma gəlir. Bu, mənim fikrimcə, əla yanaşmadır, çünki modernizm özlüyündə hər kəs tərəfindən təqlid oluna bilər, lakin şəhərin ruhu yalnız tarixlə bağlı olduğu halda yaranır. Bu sizin şəhərinizdə həqiqətən xoşuma gələn detaldır".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Aydan Ələsgərli, Kamil Mahmudov

Xəbər lenti