Bakı həm iqtisadi transformasiya səviyyəsi, həm də dinamik şəhər inkişafı ilə heyrətləndirir və bu təcrübə digər ölkələr üçün faydalı ola bilər.
Bu barədə "Report"a Konqonun şəhərsalma və mənzil tikintisi üzrə dövlət naziri Aleksis Muvuni Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
Onun sözlərinə görə, Bakı ilə bağlı ilk təəssürat son dərəcə müsbət olub:
"Biz Bakının həm iqtisadi transformasiyasına, həm də şəhər inkişafına həqiqətən heyran qalmışıq. Düşünürəm ki, sizdən öyrəniləcək çox şey var. Belə sürətli transformasiya bizim üçün də ilham mənbəyi ola bilər".