IMG-LOGO

Osman Bojanq: Qambiya WUF13-dən yeni təcrübə əldə etməyi gözləyir

17 May 2026 10:45 5 baxış
IMG

Qambiyanın nümayəndə heyəti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində yeni təcrübə qazanmağa və şəhər inkişafı ilə bağlı uğurlu təcrübələri öyrənməyə ümid edir.

Bunu Qambiyanın Qərb sahilyanı regionunun qubernatoru Usman Bodjanq "Report"a müsahibəsində bildirib.

"Azərbaycanda gördüklərimdən çox təsirlənmişəm. Əminəm ki, WUF13 forumunda iştirak etmək üçün Azərbaycana gələn bütün xarici nümayəndə heyətləri burada çox şey öyrənə biləcəklər", - o, WUF13 çərçivəsində agentliyə bildirib.

Bodjanqın sözlərinə görə, Azərbaycanın forumun keçirilmə məkanı olaraq seçilməsi aktual qlobal gündəm nəzərə alınmaqla vaxtında verilmiş və əsaslandırılmış qərardır.

Bodjanq həmçinin vurğulayıb ki, WUF13 müxtəlif inkişaf səviyyəsinə malik dövlətlər arasında təcrübə mübadiləsi üçün mühüm platforma yaradır və şəhər mühitinin yaxşılaşdırılmasına töhfə verir.

"Bu, müxtəlif inkişaf səviyyəsinə malik ölkələr arasında şəhər mühitini yaxşılaşdırmaq üçün təcrübə mübadiləsi imkanıdır. Bu, bizim üçün çox vacibdir", - qubernator qeyd edib.

Xəbər lenti