Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu nəticəsində üç nəfər həlak olub.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun başçısı Andrey Vorobyov məlumat verib.
Onun sözlərinə görə, Krasnoqorsk və İstrada çoxmənzilli və fərdi evlərə ziyan dəyib.
KİV-in məlumatına əsasən, 12-si Moskvada, 5-i isə Moskva vilayətində olmaqla ümumilikdə 17 nəfər xəsarət alıb.