IMG-LOGO

Rossbax: Nazirlər görüşü dayanıqlı urbanizasiya sahəsində gələcək addımları müəyyən etmək imkanıdır

17 May 2026 09:47 2 baxış
IMG

Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü proqramın icrasının ilk onilliyinə yekun vurmaq və dayanıqlı urbanizasiya sahəsində gələcək addımları müəyyən etmək üçün mühüm imkandır.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni urbanizasiya gündəliyi mövzusuna həsr olunmuş nazirlər görüşündə bildirib.

"Bu nazirlər görüşü icranın ilk onilliyinə yekun vurmaq və əlçatan mənzil məsələsini şəhər transformasiyasının növbəti onilliyinin mərkəzinə çıxarmaq üçün mühüm platformadır", - o bildirib.

Rossbaxın sözlərinə görə, "UN-Habitat" gündəliyin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır. Həmçinin, o bildirib ki, təşkilatın yeni strateji planı dayanıqlı urbanizasiyanın əsas istiqamətlərinə yönəlib.

Rossbax əlavə edib ki, görüş çərçivəsində müzakirələrin açılışı nazirlərin və bütün nümayəndələrin fəal iştirakına təkan verməlidir.

Xəbər lenti