IMG-LOGO

Malayziya WUF13-də öz AP-UAP Platformasını təqdim edəcək

15 May 2026 20:32 4 baxış
IMG

Malayziya bu bazar günü Bakıda start götürəcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) Asiya-Sakit Okean regionunun Şəhər Gündəliyi Platformasını (AP-UAP) təqdim edəcək.

Bu barədə "Report" Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Qeyd olunduğu kimi, Malayziya foruma BMT-Habitat Assambleyasının prezidenti vəzifəsini də tutan mənzil tikintisi və yerli özünüidarəetmə naziri Nqa Kor Minqin başçılığı ilə geniş nümayəndə heyəti göndərəcək.

Forumda həmçinin Malayziyanın milli pavilyonunun açılışı keçiriləcək, burada ölkənin şəhər transformasiyası üzrə təşəbbüsləri, sərfəli mənzil proqramları və davamlı şəhərlər konsepsiyası təqdim olunacaq.

Nazirlikdə pavilyonun açılışının, həmçinin AP-UAP Platformasının təqdimatı ilə müşayiət olunacağını vurğulayıblar.

"Bu, Malayziyanın davamlı urbanizasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsinə sadiqliyini əlavə olaraq vurğulayacaq", - bəyanatda deyilir.

"Malayziya WUF13-ü ən yaxşı təcrübələrin mübadiləsi, beynəlxalq tərəfdaşlığın gücləndirilməsi və əhalinin həyat keyfiyyətini yüksəldə biləcək innovativ şəhər həllərinin axtarışı üçün mühüm platforma kimi nəzərdən keçirir. İnklüziv milli inkişaf gələcəyin çağırışlarına hazır olan şəhərlərin və icmaların yaradılması vasitəsilə formalaşdırılacaq. WUF13 sayəsində biz gələcək nəsillər üçün inklüziv, davamlı və yaşaya bilən şəhərlərin yaradılması məqsədilə qlobal tərəfdaşlarla sıx əməkdaşlıq etməyi planlaşdırırıq", - nazir Minqin sözlərindən sitat gətirilir.

Xəbər lenti