Misli Premyer Liqasının XXIV turunda "Neftçi" "Qəbələ"ni məğlub edib.
"Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
"Ağ-qaralar"ın heyətində Bassala Sambu (22), Emin Mahmudov (69-p) və Murad Məmmədov (77) fərqləniblər. Ev sahiblərinin qolunu isə Seydina Keyta (19-p) vurub.
Xallarının sayını 34-ə çatdıran "Neftçi" turnir cədvəlində altıncı sıraya yüksəlib. "Qəbələ" isə 16 xalla on birincidir.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib. "Kəpəz" "Turan Tovuz" matçında isə (1:1) qalib müəyyənləşməyib.