IMG-LOGO

Gülçöhrə Məmmədova: Bakının şəhərsalma problemlərinin həllində çox böyük təcrübəsi var

15 May 2026 11:33 3 baxış
IMG

Bakının şəhərsalma problemlərinin həllində, şəhərlərin inkişafında, mənzil siyasətinin həyata keçirilməsində çox böyük təcrübəsi var.

"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru (AzMİU), professor Gülçöhrə Məmmədova Bakı Dövlət Universitetinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bütün ölkənin diqqəti Ümumdünya Şəhərsalma Forumunun qaldırdığı problemə yönəlib:

"Bu problemlər müzakirə olunur, həlli yolları axtarılır, məsələnin bəşəriyyət üçün nə qədər önəmli olması qeyd edilir. BMT şəhərlərin inkişafını, məskunlaşma problemlərini 50 ildir diqqətdə saxlayır. UN-Habitat proqramı 1978-ci ildə qəbul ediləndən sonra bu məsələ müəyyən tədbirlərdə, tövsiyələrdə öz əksini tapır. WUF 13 də belə tədbirlərdən biridir. Tədbirdə böyük yeniliklər barədə məlumat alacağıq. Bu tədbirin Bakıda keçirilməsi çox uğurlu bir qərardır. Bakının şəhərsalma problemlərinin həllində, şəhərlərin inkişafında, mənzil siyasətinin həyata keçirilməsində çox böyük təcrübəsi var. Hələ sovet dövründə, Azərbaycana Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi dövrdə mənzil probleminə diqqət ayrılır, Heydər Əliyev bu problemin həll edilməsi üçün böyük siyasi qərarlar verirdi".

G.Məmmədova bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bir neçə mikrorayon tikilib, 80-ci illərdə Əhmədli, Günəşli yaşayış massivləri inşa olunub:

"O zaman nə qədər insan yeni mənzillə təmin edildi. Bu işlər çox yüksək qiymətə layiqdir. 90-cı illərdə biz böyük faciə ilə üzləşdik, insanlarımız evlərindən didərgin düşdü, onlar çadırlarda yaşamağa başladılar. 2000-ci illərdə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyanda çadır şəhərciklərinin ləğv olunması ön plana çıxarıldı. Prezident İlham Əliyev o vaxt demişdi ki, 2007-ci ilə qədər Azərbaycanda çadır şəhərciyi qalmamalıdır, belə də oldu. Məcburi köçkünlərə evlər tikildi, onlar yeni evlərlə təmin olundular. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıldı".

Xəbər lenti