IMG-LOGO

İsrail ordusu: İrana zərbələrdə 5 mindən çox döyüş sursatından istifadə edilib

04 Mar 2026 20:39 4 baxış
IMG

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrandakı obyektlərə zərbələr zamanı 5 mindən çox döyüş sursatından istifadə edib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

"İsrail HHQ əməliyyat başlayandan bəri (28 fevraldan - red.) İrandakı obyektlərə 5 000-dən çox döyüş sursatı ilə zərbə endirib", - məlumatda bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub ki, İsrail HHQ İran ərazisində, xüsusilə Tehranda İsrail ordusunun hava üstünlüyünü genişləndirməyə davam edir.

Xəbər lenti