Latviyanın XV çağırış Seymi ilk iclasını keçirib. İclasda "Birləşmiş siyahı" siyasi birliyinin nümayəndəsi Edvards Smiltens parlamentin sədri seçilib.
"Report" Latviya mediasına istinadən xəbər verir ki, onun namizədliyinin lehinə 79, əleyhinə isə 15 deputat səs verib.
Qeyd edək ki, E.Smiltens 2022-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək spiker vəzifəsini tutub.
Latviya Seymi dörd ilə seçilən 100 deputatdan ibarət birpalatalı parlamentdir. Ölkə Konstitusiyasına əsasən, yeni seçilmiş parlamentin ilk iclası parlament seçkilərindən sonra noyabrın ilk çərşənbə axşamı keçirilməlidir. Spiker deputatlar tərəfindən seçilir və iclaslara sədrlik edir, həmçinin Seymin işinə rəhbərlik edir.
Mənbə: report.az