Şirvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
"Report"un Aran bürosu xəbər verir ki, bu barədə "Şirvan Elektrik Şəbəkəsi" məlumat yayıb.
Bildirilib ki, mayın 15-i saat 09:00-dan 13:00-dək aparılacaq təmir işləri ilə əlaqədar şəhərin Leytenant İbrahimov, 20 Yanvar, M.Ə.Rəsulzadə və Z.Hacıyev küçələrinin enerji təminatında müvəqqəti fasilələr olacaq.